CƏMİYYƏT
Piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb
Bakı, 23 iyul, AZƏRTAC
İyulun 21-də saat 12 radələrində Binəqədi rayonunun M.K.Atatürk prospektində yolu keçən Bakı şəhər sakini 12 yaşlı S.Butayevin naməlum avtomobillə vurulması barədə 5-ci polis bölməsinə məlumat daxil olub. Uşağa xəstəxanada ilkin tibbi yardım göstərilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, piyadanın xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Nissan” markalı avtomobili idarə edən Bakı şəhər sakini E.Fərzalıyev 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.