CƏMİYYƏT


Piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub

Bakı, 19 iyul, AZƏRTAC 

İyulun 17-də saat 23 radələrində Stansiya Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonunun Mirzəbəyli kəndi ərazisindən keçən hissəsində naməlum sürücü idarə etdiyi “Hovo” markalı avtomobillə yolun kənarında dayanmış Qaraməmmədli kənd sakini R.Quliyevi vuraraq hadisə yerini tərk edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 13-cü tağımının əməkdaşları tərəfindən Otuzikilər kəndinin ərazisində saxlanılıb. Araşdırmalarla sürücünün Bərdə rayon sakini İ.Nəsibov olması, habelə onun sərxoş halda və sürücülük hüququ olmadan avtomobili idarə etməsi müəyyənləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən faktla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.