CƏMİYYƏT


Piyadanı vurub qaçan sürücü tutularaq məsuliyyətə cəlb olunub

Bakı, 19 fevral, AZƏRTAC

Sabunçu rayonunun Ramana qəsəbə sakini Ə.Rəhimovun fevralın 15-də saat 20 radələrində xəsarətlə xəstəxanaya gətirilməsi barədə 14-cü polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər görülüb. Araşdırmalarla Ə.Rəhimovun qəsəbə ərazisində yolu keçərkən avtomobillə vurulması müəyyənləşib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədildiyi müəyyən edilib. Qəza törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini M.Abbasov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.