CƏMİYYƏT


Piylənmə qadınlarda bağırsaq xərçənginə səbəb ola bilər

 

Bakı, 16 oktyabr, AZƏRTAC

Mütəxəssislər 1989-cu ildən 2011-ci ilədək 25-44 yaş arası 85 min qadının analizlərinin nəticələrini təhlil ediblər. Hər 2-4 ildən bir iştirakçılar öz çəkiləri, həyat tərzləri və ümumi sağlamlıq vəziyyətləri barədə mütəxəssislərə məlumat veriblər. Bu müddət ərzində 50 yaşa qədər 114 qadında koloretal xərçəng (yoğun və düz bağırsaq xərçəngi) müəyyən edilib.

AZƏRTAC Novosti Mail.ru saytına istinadla xəbər verir ki, tədqiqatlara əsasən bədən kütlə indeksi yüksək olanlarda koloretal xərçəngin yaranma ehtimalının təxminən iki dəfə artdığı müəyyən edilib. Bu, irsi xərçəng xəstəliyinə meyilliliyi olmayanlara da şamil edilir.

Tədqiqatçılar qeyd ediblər ki, 50 yaşa qədər yaranan koloretal xərçəngə çox nadir hallarda rast gəlmək olar. Lakin, adətən insanların bu yaşda ümumi skrininq testlərdən keçməməsi xəstəliyin daha ağır formalarda aşkar olunmasına gətirib çıxarır. Alimlərin fikrincə iştirakçıların hamısı normal bədən kütlə indeksinə sahib olsaydılar 22 faiz halda xəstəliyin qarşısını almaq mümkün olardı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.