CƏMİYYƏT


Piylənmənin qarşısını almaq üçün valideynlər mütləq şəkildə övladlarının qida rasionuna nəzarət etməlidir

Bakı, 16 avqust, AZƏRTAC

Uşaqlarda piylənmə sadə və ikinci dərəcəli olmaqla iki qrupa bölünür. Sadə piylənmə zamanı uşaqlarda hansısa xəstəlik əlamətləri müşahidə olunmur. Sadə piylənmə əsasən normadan artıq yağ, şəkər və un məhsullarından istifadə ilə bağlıdır. Sürətliyemə, qidanın düzgün çeynənilməməsi də piylənməyə səbəb olur. Başqa formada desək, alınan enerji ilə verilən enerji balansının pozulması piylənməyə gətirib çıxarır. İkinci dərəcəli piylənmə isə adətən endokrin amillər və ya genetik faktorlarla bağlıdır.

AZƏRTAC Kliniki Tibbi Mərkəzin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, bunu mərkəzin tabeliyində olan 2 saylı Kliniki Uşaq Xəstəxanasının Pediatriya şöbəsinin müdiri Könül Ağayeva deyib.

“Piylənmənin qarşısını almaq üçün valideynlər mütləq şəkildə övladlarının qida rasionuna nəzarət etməlidir. Qida rasionunda ət və süd məhsullarına, müxtəlif çərəzlərə və meyvə-tərəvəzlərə üstünlük verilməlidir. Tez hazırlanan, konservantlarla zəngin və saxlanma müddəti uzun olan, kimyəvi rənglənən qida məhsullarından uzaq durmaqda fayda var. Fastfudlardan istifadəni minimuma endirmək lazımdır. Eyni zamanda uşaqlar qəbul etdiyi qidanı yaxşıca çeynəməli, diri udmamalıdır. Bununla yanaşı uşaqları mümkün qədər fiziki aktivliyə, yüngül idman hərəkətlərinə cəlb etmək vacibdir. Adətən piylənmə sonradan şəkər, müxtəlif ürək-damar xəstəliklərinə, erkən cinsi yetişkənliyə və digər xəstəliklərə səbəb olur. Ona görə də valideynlər sadalanan bu məqamlara mütləq diqqət etməlidir".

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.