CƏMİYYƏT
Planetin bəzi regionlarında hələ orta əsrlərdən başlayan qlobal soyuqlaşma prosesi gedir
Bakı, 10 yanvar, AZƏRTAC
Qlobal istiləşmə ilə bağlı ümumi iqlim dəyişiklikləri Dünya okeanı sularının tədricən qızmasına səbəb olur.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu yaxınlarda Harvarddan olan tədqiqatçılar qrupu Sakit okeanda tam sürətlə əks prosesin getdiyi unikal region aşkarlayıblar.
Alimlərin fikrincə, suyun soyumasına səbəb təxminən 1500-cü ildə başlayan və XIX əsrin ortalarınadək davam edən Kiçik buz dövrü olub. Suyun soyuq kütlələri uzun müddət səthdə qalıb, lakin getdikcə təxminən iki min metr dərinliyinə çəkilib. Sakit okeanın nəhəng ölçüləri nəzərə alınarsa, bu proses yüz və hətta min illərlə davam edə bilər.
İlk okeanoqrafiya ekspedisiyası XIX əsrin ikinci yarısında təşkil edilib. O vaxt “HMS Challenger” adlı taxta yelkən gəmisi ilə yola düşən alimlər qrupu müxtəlif dərinliklərdə suyun hərarətinin beş minə yaxın ölçüsünü götürüblər.
Artıq bu günümüzdə tədqiqatçılar son göstəriciləri “HMS Challenger”dəki ekspedisiya zamanı alınan ölçülərlə müqayisə edərək, Kiçik buz dövrünün soyuq okean kütlələrinin hərəkətini (yüklənməsini) izləyə biliblər.
Toplanılan məlumat iqlimin planetar dəyişikliklər dinamikasını və onların ehtimal edilən nəticələrini daha yaxşı başa düşməkdə alimlərə kömək olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:27]
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
- 27.08.2023 [23:39]
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
- 27.08.2023 [17:31]
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
- 27.08.2023 [13:00]
Sabahın hava proqnozu açıqlanıb
- 26.08.2023 [17:00]
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
- 26.08.2023 [11:04]
Qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək
- 25.08.2023 [22:32]
Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb
- 25.08.2023 [22:23]