MƏDƏNİYYƏT


Plasido Dominqo Rusiyanın “Bolşoy teatr”ında çıxış edəcək

Bakı, 21 oktyabr, AZƏRTAC

İspaniyanın tanınmış opera müğənnisi Plasido Dominqo Rusiyanın “Bolşoy teatr”ında çıxış edəcək.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə teatrın mətbuat xidmətinin rəhbəri Katerina Novikova deyib.

Bildirib ki, maestro “Bolşoy teatr”da səhnəyə qoyulan Cakomo Puççininin “Manon Lesko” operasına dirijorluq edəcək.

Qeyd edək ki, Plasido Dominqo əvvəllər də Rusiyada olub. Onun ilk dəfə 1974-cü ildə bu ölkəyə əfsanəvi “La Skala” teatrı ilə gəlişi böyük hadisəyə çevrilmişdi.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.