ELM VƏ TƏHSİL


Plastik boru qaynaqçısı ixtisası üzrə bacarıq, səriştə və təcrübələr qiymətləndirilib

Bakı, 30 aprel, AZƏRTAC

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən plastik boru qaynaqçısı ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi aparılıb.

TKTA-dan AZƏRTAC-a bildirilib ki, “Ana dilində ünsiyyət”, “Şəxsi inkişaf və karyera planlaşdırılması”, “Peşə etikası” və “Sahibkarlıq” modulları üzrə ərizəçilərin bacarıq və səriştələri mövcud karantin rejiminin tələbləri nəzərə alınaraq onlayn müsahibə əsasında qiymətləndirilib.

Qiymətləndirmə Komissiyasına işəgötürən nümayəndəsi olaraq “CN Group” MMC-nin baş direktoru Nicat Cəbiyev, ekspert qismində Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri Hacıyeva Kəmalə və Əliyeva Zərifə cəlb edilib.

Təhsildə Keyfiyyət Təminatı Agentliyi nümayəndəsinin sədrlik etdiyi komissiya tərəfindən qiymətləndirmə aparıldıqdan sonra bütün modullar üzrə imtahandan uğurla keçən ərizəçilər yekunda ilk peşə təhsil səviyyəsinə bərabər diplom əldə etmək hüququ qazanacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.