CƏMİYYƏT


Plastik tullantı təhvil verən vətəndaşlara ekoçanta hədiyyə olunub

Bakı, 20 mart, AZƏRTAC

"Qlobal Təkrar Emal Günü"ndə daha bir aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Araz” supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə Xırdalan şəhərindəki Araz marketdə təşkil edilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, aksiya zamanı vətəndaşlar ümumi tutumu 970 litr olan plastik tullantı təhvil verərək əvəzində ekoçanta əldə ediblər. Eyni zamanda, aksiyada iştirak edən uşaqlara müxtəlif yaş kateqoriyalarını əhatə edən ətraf mühitin mühafizəsinə həsr olunmuş kitablar da hədiyyə olunub.

Qeyd edək ki, yığılan plastik tullantılar “AzEkol” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təkrar emala yönləndirilib.

Nazirlik aksiyada iştirak edərək təkrar emala dəstək olan bütün vətəndaşlara təşəkkür edir, hər kəsi tullantıların çeşidlənməsinə, təkrar emala yönləndirilməsinə dəstək olmağa, eyni zamanda, polietilen paketlərdən istifadəni azaltmağa, ekoloji cəhətdən təmiz çantalardan istifadə etməyə çağırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.