ELM VƏ TƏHSİL


Plastik tullantıların ətraf mühitə mənfi təsiri barədə maarifləndirici tədbir

Bakı, 7 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində fəaliyyət göstərən Maliyyə-İqtisad Kollecində “Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsir amilləri” mövzusunda maarifləndirici tədbir keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, kollecin direktoru, dosent Oruc Məmmədov tədbirdə çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 7 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nın icrasından irəli gələn məsələlər, mövcud vəziyyət, problemlər və onların həlli yolları haqqında məlumat verib. O.Məmmədov plastik tullantıların ətraf mühitə mənfi təsiri nəzərə alınaraq bu sahədə dövlət tərəfindən həyata keçirilən məqsədyönlü siyasət aparıldığını bildirib.

UNEC-in Fizika və kimya kafedrasının dosenti Dürdanə İbrahimova isə “Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsir amilləri” mövzusunda təqdimatla çıxış edib.

Sonda tələbələrin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.