REGİONLAR


Plastik və polietilen tullantılardan təbiətimizi qoruyaq!

Bərdə, 19 sentyabr, AZƏRTAC

Müasir dövrdə ətraf mühiti çirkləndirən əsas faktorlardan biri plastik və polietilen tullantılardır. Plastik tullantılar təbiətdə yüz illər ərzində parçalanmır, miqdarı isə ilbəil artır. Bu tullantılar düzgün idarə olunmadığından ətraf mühiti çirkləndirir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Ekoloji İnformasiya İctimai Birliyinin Bərdə rayonunda keçirdiyi “Plastik və polietilen tullantılardan təbiətimizi qoruyaq!” adlı vebinarda bəhs edilib.

“Zoom” proqramı vasitəsilə keçirilən vebinarda Ekoloji İnformasiya İB-nin sədri Musa Muradlı layihə haqqında geniş məlumat verib, görüləcək işlərdən danışıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Plastik və polietilen tullantıların təbiətimizə və sağlamlığımıza vurduğu zərəri minimuma endirək!” adlı layihə çərçivəsində buklet, flayer və posterlərin hazırlanıb yayılması ilə yanaşı Bərdə, Tərtər və Yevlax sakinləri üçün vebinarların təşkili nəzərdə tutulub.

9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri İsrafil Paşayev, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev, Bərdə şəhər bələdiyyəsinin sədr müavini Ruslan Əhmədov və başqaları çıxış edərək, müasir dünyanın ekoloji probleminə çevrilmiş plastik və polietilen tullantıların yaratdığı təhlükədən danışıblar. Vurğulanıb ki, cəmiyyətin plastik və polietilen tullantılara münasibətini dəyişmək üçün mütəmadi olaraq maarifləndirmə işləri aparılmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.