ELM VƏ TƏHSİL


Plastiki yanacağa çevirən üsul ixtira olunub

Bakı, 12 fevral, AZƏRTAC

ABŞ-ın Perdyu Universitetinin mütəxəssisləri plastikin yeni emal üsulunu nümayiş etdiriblər. Mütəxəssislərin fikrincə, bu üsulun köməyi ilə plastikdən yanacaq, təmiz polimerlər və ya monomerlər almaq mümkündür. Bu, təkrar emal sənayesinin başlanğıcı ola bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun saytında yer alıb. Məlumatda qeyd olunub ki, emal prosesini hidrotermal sıxılma adlandırırlar. Alimlərin fikrincə, polimerlər yüksək temperaturda əriyir və ifrat kritik suda (maye və qaz fazaları arasındakı fərq yox olan maddə vəziyyəti) həll olunur. Plastik kütlə naftaya çevrilən kimi onu artıq xammal kimi istifadə etmək olur.

Tədqiqatçılar ətraf mühitin gələcəyindən narahat olduqları üçün bu mövzu ilə məşğul olublar. Məlumdur ki, okean sularına səkkiz milyon ton adi plastik daxil olur və canlı orqanizmlərin çirklənməsi tədricən artır. Orqanizmlərdə getdikcə daha çox mikroplastik izlər tapılır. Ona görə də bu problemin həlli çox vacibdir.

Alınmış nəticələr “ACS Sustainable Chemistry & Engineering” jurnalında dərc olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.