CƏMİYYƏT


Plastiklərin qadağan olunması mövzusunda debat turniri keçirilib

Bakı, 4 avqust, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması” layihəsi çərçivəsində “Yer üzərində həyat” mövzusunda debat turniri keçirilib.

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə gənc səfirlərin və Birliyin təşkilatçılığı ilə keçirilən turnirin məqsədi xüsusi əhəmiyyət daşıyan mövzunun gənclər tərəfindən debat və natiqlik bacarıqları vasitəsilə araşdırılması, məlumatlılığın artırılması, müxtəlif mövqelərdən təhlil olunması və əsaslandırılmasıdır.

Turnirin açılış mərasimində İctimai Birliyin sədri Ülviyyə Axundova debatın cəmiyyətdə aktuallıq kəsb edən məsələlərin gənclər tərəfindən təhlilinə şərait yaratdığını, DVC təşkilatının dövlət və beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində layihələr həyata keçirdiyini və mövzunun əhəmiyyətini vurğulayıb.

Gənc səfirlər proqramının layihə koordinatoru Zərifə Xəlilova plastik və polietilen məhsulların məişətdə istifadəsi zamanı yaranan təsirlərdən, gənclər arasında plastik və polietilen məhsullar haqqında maariflənmə işlərinin əhəmiyyətindən və ictimaiyyətin bu mövzuda sosial məsuliyyətindən danışıb.

Sonra gənc səfirlər Dayanıqlı İnkişaf Məqsədləri barədə təqdimatla çıxış ediblər.

Mərasimdən sonra altı ali təhsil müəssisəsinin tələbələrindən ibarət komandaların iştirakı ilə karantin qaydaları çərçivəsində “Plastik məhsulların istifadəsi qadağan olunmalıdır” mövzusunda debat turnirinin qrup, yarımfinal və final oyunları keçirilib. Turnirin ən yaxşı natiqləri, finalçıları və qalibləri avqustun 10-da keçiriləcək tədbirdə mükafatlandırılacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.