İQTİSADİYYAT


“Poçtap” vasitəsilə 7 avtomobil və bir motosiklet qeydiyyat nişanı tapılıb

Bakı, 11 fevral, AZƏRTAC

“Təmiz Şəhər” ASC fevralda “Azərpoçt” MMC-nin “Poçtap” xidmətinə 7 avtomobil və bir motosiklet qeydiyyat nişanı taparaq təhvil verib.

MMC-dən AZƏRTAC-a bildirilib ki, tapılmış nömrələr bunlardır – 99-GU-092; P777AXRUS; 10-BS-760; 50-CL-661; 99-BJ-515; 10-B-342; 10-EJ-374; 59-BB-244.

“Poçtap” xidməti çərçivəsində sənədi tapılan şəxslər 1.80 AZN xidmət haqqı ödəyərək qeydiyyat nişanlarını poçt şöbələrindən və “Şəbəkə” xidmət mərkəzlərindən təhvil ala bilər. Onların hər hansı ünvana çatdırılması lazım gəldikdə isə çatdırılma rüsumu “Azərekspresspoçt”un xidmət tariflərinə uyğun hesablanır.

Ümumilikdə itirilmiş sənədlər “Poçtap” sistemində 30 gün ərzində saxlanılır. Bu müddət başa çatdıqdan sonra sənədlər müvafiq strukturlara göndərilir.

Qeyd edək ki, “Azərpoçt” MMC-nin itirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılmasına xidmət edən “Poçtap” sosial layihəsi çərçivəsində Bakı Şəhər Baş Polis İdarəsi, “Bakı Metropoliteni” QSC, “Təmiz Şəhər” ASC, “BakuBus” MMC və “Azərpoçt" MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.