ELM VƏ TƏHSİL


Podqoritsadakı ibtidai məktəbdə şagirdlərə Azərbaycan barədə məlumat verilib

Podqoritsa, 19 noyabr, AZƏRTAC 

Monteneqronun paytaxtındakı “Dasho Pavicic” ibtidai məktəbində bu ölkədə fəaliyyət göstərən Azərbaycan İqtisadi və Mədəni Mərkəzi ilə əməkdaşlığa həsr olunmuş tədbir keçirilib.

Məktəbin rəhbərliyinin AZƏRTAC-a verdiyi məlumatda bildirilir ki, Mərkəzin direktoru Seyran Mirzəzadə məktəbin qonağı olub. Məktəbin direktoru Branislav Kreçkoviç deyib ki, beynəlxalq əməkdaşlığa önəm verilən məktəbin həyatında Azərbaycan təcrübəsi çox əhəmiyyətli iz qoyacaq.

S.Mirzəzadənin iştirakı ilə keçirilən görüşdə balacalara Azərbaycan narı və buna bağlı ənənələri, ölkədə keçirilən Nar festivalı barədə maraqlı məlumatlar verilib. Mərkəzin rəhbəri uşaqlara Azərbaycan-Monteneqro münasibətlərdən də bəhs edib və vurğulayıb ki, iki ölkənin gələcək əməkdaşlığında bugünkü balacaların da böyük rolu olacaq.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Podqoritsa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.