ELM VƏ TƏHSİL


“Poetik səslər” bədii qiraət müsabiqəsinin qalibləri müəyyənləşib

Bakı, 26 aprel, AZƏRTAC

Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentinin təşkilatçılığı ilə Uilyam Şekspirin həyat və yaradıcılığına həsr olunan ikinci bədii qiraət müsabiqəsinin builki “Poetik səslər” adlı mərhələsi onlayn formatda keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, müsabiqədə 50-dən çox tələbə iştirak edib. Onların çıxışları sərrastlıq, səlislik və diksiya baxımından qiymətləndirilib. Birinci yerə Neyjen Sultanova, Nastassia Kalasauskaya və Cavidan Əsgərov, ikinci yerə Afaq Mustafazadə, Xanmed Paşazadə və Renat Məcidov, üçüncü yerə Afeliya Gocayeva, Beki İdahosa, Gülnaz Allahverdiyeva və Ayşən Abışova, dördüncü yerə isə Toğrul Salmanlı, Ülkər Məmmədova, Ətir Quliyeva və Gülarə Məmişova layiq görülüblər.

Qaliblərə sertifikatlar təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.