ELM VƏ TƏHSİL


“Poeziyamızın Qarabağ savaşı - Vətən müharibəsi” monoqrafiyası çap olunub

Bakı, 28 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru, dosent Mərziyyə Nəcəfovanın “Poeziyamızın Qarabağ savaşı - Vətən müharibəsi” monoqrafiyası çap olunub. Monoqrafiyaya AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli “Qarabağnamələrin ədəbiyyat mərhələsinin elmi dərki” adlı “Ön söz” yazıb.

Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Qeyd olunub ki, kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Bayramovdur.

Monoqrafiya Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə nəşr edilib. “Elm və təhsil” nəşriyyatında çap olunan kitab “90-cı illər poeziyasında I Qarabağ müharibəsinin təcəssümü”, “Poeziyamızın Vətən müharibəsi - Qarabağ”, “Müzəffər Vətən müharibəsi – azad Qarabağ mövzusunun epik vüsəti poemalarda” adlı fəsillərdən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.