ELM VƏ TƏHSİL


“Poisk” qəzeti Bakıda keçirilən beynəlxalq konfransdan yazıb

Bakı, 3 dekabr, AZƏRTAC 

Rusiya Elmlər Akademiyasının mətbu orqanı olan “Poisk” qəzetinin növbəti nömrəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), MDB-nin iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun və Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Fizika və lirika: dünya təcrübəsi və MDB ölkələrinin elm və ədəbiyyat reallıqları” adlı beynəlxalq konfrans barədə geniş məqalə dərc edilib.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, məqalədə ölkələr arasında elmi əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması, gənclərin elmə marağının artırılması, texniki, təbiət, humanitar və sosial elmlər arasında əlaqələrin gücləndirilməsi məqsədilə konfransın keçirildiyi qeyd edilir.

Bundan əlavə, tədbir çərçivəsində müxtəlif mövzuları əhatə edən “dəyirmi masa”lar, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında, eləcə də Moskva vilayətində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda həmin mövzuda keçirilən beynəlxalq elmi konfranslar barədə məlumatlar məqalədə əks olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.