DÜNYA


Pol Manafort 47 ay müddətinə həbs cəzasına məhkum edilib

Vaşinqton, 8 mart, AZƏRTAC

Martın 8-də Virciniya dairə məhkəməsi ABŞ Prezidenti Donald Trampın seçki qərargahının sabiq başçısı Pol Manaforta hökm çıxarıb. Məhkəmə vergi ödəmələrindən yayındığına və maliyyə fırıldaqlarına görə onu 3 il 11 ay müddətinə azadlıqdan məhrum edib. P.Manafort məhkəmədən ona mərhəmət göstərilməsini xahiş edib, lakin onun xahişi rədd edilib.

Martın 13-də Manafortun ikinci işi üzrə məhkəmənin qərarı gözlənilir. O, dövlət əleyhinə iş birliyində, saxta ifadələr verilməsində, “Xarici agentlərin qeydiyyata alınması haqqında” qanun çərçivəsində müvafiq qeydiyyatı olmayan xarici agentlə qanunsuz işləməkdə ittiham olunur. Manafortun həbsdə saxlanılması müddətinin xeyli uzadılacağı istisna olunmur.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.