İDMAN


Pol Poqba “Mançester Yunayted” ilə müqaviləsini bir şərtlə uzadacaq

Bakı, 23 yanvar, Nicat Məmmədov, AZƏRTAC

İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Pol Poqba komanda ilə yeni müqavilə imzalamağa yaxındır.

AZƏRTAC “The Sun” nəşrinə istinadla xəbər verir ki, 26 yaşlı futbolçu Joze Mourinyo klubdan gedəndən sonra bu qərara gəlib. Fransız futbolçu klub ilə bir şərtlə yeni müqavilə imzalayacaq. Pol Poqba klub rəhbərliyindən uzunmüddətli müqavilə və həftəyə 500 min funt tələb edir.

Qeyd edək ki, Poqbanın hazırkı qazancı 290 min funt təşkil edir. Onun klub ilə müqaviləsi 2022-ci ilədək nəzərdə tutulur. “Mançester Yunayted” klubunda hazırda ən çox qazanan Aleksis Sançesdir (480 min funt).

Cari mövsüm fransız 26 oyunda meydana çıxıb, 10 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.