İDMAN


Polad Əliyev: Məşəlin bölgələr üzrə səyahətinin ilk dayanacağı Naxçıvan olduğu üçün qürur hissi keçirirəm

Bakı, 28 aprel, AZƏRTAC

Bu qürurverici mərasimin iştirakçısı olduğum üçün özümü xoşbəxt hesab edirəm. Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi məni də çox sevindirir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Naxçıvanda, Alov festivalı ilə bağlı fikirlərini bölüşən məşəlçilərdən biri olan voleybol üzrə kişilərdən ibarət Naxçıvan Muxtar Respublikası yığmasının kapitanı, eyni zamanda, Azərbaycan millisinin üzvü Polad Əliyev deyib.

O, qeyd edib ki, məşəlin bölgələr üzrə səyahətinin ilk dayanacağı Naxçıvan şəhəri olduğu üçün qürur hissi keçirirəm. “Bakı-2015” Avropa Oyunlarına həsr olunmuş bu təntənəli mərasim Azərbaycanın idman tarixinin unudulmaz hadisələrindən biri olacaq.

Polad Əliyev bildirib ki, voleybol üzrə millimizin üzvüyəm. “Bakı-2015” Avropa Oyunlarında voleybol üzrə yarışlarda da gərgin rəqabətin şahidi olacağıq. Bu mübarizədə ölkəmizin şərəfini uca tutmağa çalışacağam.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.