Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Polad Bülbüloğlu: Azərbaycan Rusiya ilə tarixi əlaqələrinə həmişə hörmətlə yanaşıb

Polad Bülbüloğlu: Azərbaycan Rusiya ilə tarixi əlaqələrinə həmişə hörmətlə yanaşıb

Moskva, 30 may, AZƏRTAC

28 May - Respublika Günü şəxsən mənim üçün və hər bir azərbaycanlı üçün ən böyük bayramdır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu TASS agentliyi tərəfindən təşkil edilmiş, Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişaf perspektivlərinə həsr olunmuş "Rusiya və Azərbaycan: strateji əməkdaşlığın üfüqləri" mövzusunda onlayn mətbuat konfransında bildirib. Konfransa TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman moderatorluq edib.

Polad Bülbüloğlu bildirib ki, səfirlik Azərbaycanın müstəqilliyi gününü qeyd etmək üçün adətən hər il mayın 28-də Moskvada 1000-dən çox insanın iştirakı ilə təntənəli tədbir keçirir. "Biz həmişə fəxr etmişik ki, qonaqlarımız çox olur, tədbirə Rusiya Federasiyasının görkəmli dövlət və siyasi xadimləri, diplomatik korpusun nümayəndələri, tanınmış insanlar qatılır. Pandemiya şəraitində düşündük ki, nə edək? Bir yerə toplaşmaq olmaz, dəvət etmək olmaz. Odur ki, TASS agentliyindən videokonfrans keçirmək təklifinin gəlməsi lap yerinə düşdü", - deyən səfir buna görə TASS dövlət agentliyinin baş direktoru Sergey Mixaylova, baş direktorun birinci müavini Mixail Qusmana və konfransın qonaqlarına təşəkkür edib.

P.Bülbüloğlu vurğulayıb ki, Azərbaycan xalqlarımız arasında bir neçə əsr ərzində formalaşmış tarixi, mədəni və mənəvi əlaqələrə həmişə qayğı və dərin ehtiram hissi ilə yanaşıb. "Qarşılıqlı münasibətlərdə sabitlik ticari, iqtisadi və investisiya əlaqələrini ildən-ilə artırmağa imkan verir. Bu da olduqca əhəmiyyətlidir və bu gün bir neçə dəfə vurğulandı ki, bunlar, həmçinin inkişaf etməkdə olan humanitar və mədəni əlaqələrdir, o cümlədən gənclərimizin burada, Rusiyada təhsil almaları və Bakıda Rusiyanın aparıcı universitetlərinin filiallarının açılması məsələləridir", - deyə diplomat qeyd edib.

O vurğulayıb ki, iqtisadi əlaqələrimizi genişləndirmək və dərinləşdirmək üçün Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə ticarət nümayəndəliyi açılıb. Nümayəndəlik ölkələrimiz arasında iqtisadi münasibətlərin inkişafı məsələləri ilə dərindən məşğul olur.

Diplomat deyib: "Ötən ilin sonunda dövlətlərarası əməkdaşlığımızın dinamikasını əyani əks etdirən çox mühüm hadisə baş verdi. Prezidentlərimizin təşəbbüsü ilə Samur çayı üzərindən "Şimal-Cənub" nəqliyyat dəhlizinin çox mühüm komponenti olan yeni avtomobil və piyada körpüsü, keçid inşa edilərək açıldı. Bu körpü sadəcə bir çayın iki sahilini deyil, həm də ölkələrimizi və xalqlarımızı, xüsusilə, sərhəd rayonlarında yaşayan və işləyən insanları birləşdirir.

Azərbaycan Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunun qonağı elan edilib. Biz buna çox fəal hazırlaşırıq və ümidvarıq ki, o vaxta qədər pandemiya zəifləyəcək və biz səylə hazırlaşdığımız bütün tədbirləri keçirməyə müvəffəq olacağıq. Azərbaycan və Rusiya arasında formalaşmış qarşılıqlı etimad mühiti, şəksiz ki, ilk növbədə liderlərimizin bu gün barəsində çox danışdığımız qarşılıqlı münasibətlərinə əsaslanır".

P.Bülbüloğlu xüsusi vurğulayıb ki, 2019-cu ilin noyabrında Mehriban Əliyevanın Moskvaya respublikamızın Birinci vitse-prezidenti kimi ilk rəsmi səfəri olub. Bu səfər çərçivəsində ölkələrimiz arasında ən yüksək səviyyədə çox mühüm ikitərəfli görüşlər keçirilib. Birinci vitse-prezident Mehriban Əliyeva X Azərbaycan-Rusiya Regionlararası Forumunda çıxış edib. O, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi ərazisində bərpa edilmiş Azərbaycan pavilyonunun açılışında da iştirak edib. "Bilavasitə Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondunun bizim fəaliyyətimizdəki böyük rolunu xüsusi vurğulamaq istərdim. Bu Fond ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına misilsiz töhfə verir", - deyə səfir bildirib.

Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdən danışan səfir xatırladıb ki, bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və onun sədrliyi ilə videokonfrans rejimində Qoşulmama Hərəkatının və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşləri çağırılıb və böyük müvəffəqiyyətlə keçirilib. Qoşulmama Hərəkatının Zirvə görüşünə iri beynəlxalq təşkilatların rəhbərləri qatılıb, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü isə koronavirus infeksiyasına qarşı mübarizə mövzusuna həsr edilib.

"Azərbaycan artıq 30 ildir ərazilərimizin 20 faizini işğal altında saxlamağa davam edən qonşu Ermənistanla müharibə vəziyyətindədir. Hazırda pandemiya şəraitində məsələnin sülh yolu ilə həllinə BMT rəhbərliyinin çağırışını eşitmək səsləri eşidilir. Biz bununla razıyıq. Lakin əvvəlcə BMT Təhlükəsizlik Şurasının icrası məcburi olan, bununla belə, icra olunmayan dörd qətnaməsi yerinə yetirilməlidir. Biz məsələnin sülh yolu ilə həllinə tərəfdarıq, lakin sülh danışıqları əbədi davam edə bilməz və bunu bütün tərəfdaşlarımız, region üzrə qonşularımız və ilk növbədə Ermənistanın rəhbərliyi nəzərə almalıdır. Azərbaycan Prezidenti İlham Əliyev ötən il Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə İordaniya Kralı, habelə Qazaxıstan və Filippin prezidentləri ilə birlikdə "Valday" Beynəlxalq Diskussiya Klubunun 16-cı iclasının plenar iclasında iştirak edib. O, burada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycanın mövqeyini bir daha beynəlxalq ictimaiyyətə çatdırıb və onun mövcud olan yeganə beynəlxalq hüquqi həlli yolunu göstərib. Odur ki, biz tərəfdaşlarımızdan, dünyanın başqa ölkələrindən, Minsk qrupunun üç həmsədrindən dəstək gözləyirik", - deyə P.Bülbüloğlu bildirib.

Faşizm üzərində Böyük Qələbənin tarixi təcrübəsi göstərir ki, yalnız müharibəni doğurmuş səbəblər aradan qaldırılandan sonra sülhə nail olmaq mümkündür və ümumi tariximizin ibrət dərsini xatırlamaq bu gün həmişəkindən daha vacibdir.

Polad Bülbüloğlu xatırladıb ki, Azərbaycanla Rusiya arasında sərhəd koronavirus pandemiyasına görə bağlanıb: "Bildiyiniz kimi, Rusiyada minlərlə Azərbaycan vətəndaşı çətin vəziyyətə düşüb. Təyyarələrin uçmayacağı, sərhədlərin bağlanacağı, bu xəstəliyin insanları cənginə alacağı və onları çox ağır vəziyyətə düşürəcəyi hələ iki ay əvvəl bizə qorxulu yuxu təsiri bağışlardı.

Qısa müddətdə bizim Baş nazirlər üç dəfə, Xarici İşlər nazirlərimiz üç dəfə danışıblar, Vladimir Vladimiroviç Putin məxsusi olaraq İlham Əliyevə zəng edib. Əlbəttə, bizim problemlərimiz var, Rusiya ilə Azərbaycan arasında quru sərhədində çoxlu insan toplaşıb. Biz həmin insanların tezliklə Vətənə qayıtmaları üçün mümkün olan hər şeyi edirik. Lakin qarşımızı kəsən problemlər var. Bunlar ilk növbədə karantin, tibbi, müalicə problemləri və s.-dir. Bu konfransdakı fürsətdən istifadə edib, ağır vəziyyətdə olan vətəndaşlarımıza kömək etmiş Dağıstan rəhbərliyinə və sakinlərinə böyük təşəkkürümü bildirmək istərdim. Biz dəfələrlə onlara müraciət etmişik, qayıtmamalarını, haradasa müvəqqəti gözləmələrini xahiş etmişik, lakin insanları da başa düşmək olar: onlar iş yerlərini itiriblər, mənzil haqqı ödəyə bilmirlər, sərhədi sürətlə keçmək ümidi ilə Dağıstana gedirlər və təbii ki, həm yerli hakimiyyətə, həm də sərhədi keçərkən problemlər yaradırlar.

Rəqəmləri açıqlamaq istəyirəm. Əgər martın ortalarını götürsək, 7,5 mindən çox Azərbaycan vətəndaşı artıq Vətənə qayıda bilib. Vladimir Vladimiroviç Putinin İlham Heydər oğlu Əliyevlə söhbətindən sonra 400-dək adam Samurdan keçən quru sərhədi ilə qayıdıb. 175 vətəndaşımız təyyarə ilə gətirilib. İnsanların düşdüyü ağır vəziyyəti yüngülləşdirmək üçün mümkün olan bütün tədbirlər görülür".

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kamal Abdulla: Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər

Premyer Liqa: “Qəbələ” “Qarabağ”ın, “Neftçi” “Zirə”nin qonağı olacaq

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Beynəlxalq Valyuta Fondu COP29-a ev sahibliyi çərçivəsində Azərbaycana dəstək göstərməyə hazırdır

DİN: Ötən gün 69 cinayətin açılması təmin edilib

Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələri ortaq tarixi keçmişə əsaslanır - dəyirmi masa

Bakıda Birinci Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir

"Neftçi"nin baş məşqçisi: Bu gün tarix yazmaq istəyirik

Kərim Şükürov: Qafqaz Albaniyası tarixinin öyrənilməsi istiqamətində böyük elmi işlər görülüb

Dünya birjalarında neft bahalaşıb

Bu gün basketbol üzrə Azərbaycan Kubokunun sahibi bəlli olacaq

Bakıda "Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” adlı XI beynəlxalq konfrans keçirilir

Xətai rayonunda qətl törədilib

Astanada ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək

ABŞ dövlət istiqrazlarının gəlirliliyi geosiyasi risklərə görə azalır

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub VİDEO

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib