MƏDƏNİYYƏT


Polad Bülbüloğlu: “Xarıbülbül” festivalı Şuşanın simvollarından birinə çevrilib

Şuşa, 13 may, Rauf Hacıyev, AZƏRTAC

Yaxşı yadımdadır, ötən əsrin 90-cı ilində Şuşada keçirilən sonuncu “Xarıbülbül” festivalına 20 ölkədən qonaq gəlmişdi. Çox möhtəşəm və çox gözəl bu festival hamını, o cümlədən əcnəbi qonaqları da heyran etdi. Təəssüf ki, məlum səbəblər üzündən sonrakı illərdə festivalı keçirmək mümkün olmadı. O zaman söz vermişdim ki, Şuşa düşmən tapdağından azad olmayana qədər bu festival bir daha keçirilməyəcək.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu söyləyib.

Səfir festival barədə fikrinə davam etdirərək deyib: “Prezident, Ali Baş Komandan İlham Əliyev müharibə bitən kimi elan etdi ki, Şuşa mədəniyyət paytaxtıdır və şəhərdə “Xarıbülbül” festivalının keçirılməsi ənənəsi davam etdiriləcək. Bu xəbər bir qarabağlı, bir şuşalı kimi məni hədsiz sevindirdi. Budəfəki festival sayca artıq 5-cidır. Festival çox uğurla keçir və dünyaşöhrətli sənətkarların burada iştirakı hamımızı sevindirir. Doğma şəhərdə, ata yurdumda belə bir festivalı görmək, onun iştirakçıları arasında olmaq çox gözəl bir hissdir. Şuşa yenə öz beynəlxalq statusunu bərpa edib. Heç şübhəsiz ki, bundan sonra da festival davamlı olaraq keçiriləcək və ildən-ilə digər ölkələrdən gələn qonaqların sayı daha da artacaq. Şuşa yaşayacaq, yaşadacaq və festival ənənəsi davamlı olacaq, çünki xarıbülbülün özü kimi bu qeyri-adi və bənzərsiz çiçəyin adını daşıyan beynəlxalq folklor festivalı da Şuşanın simvollarından birinə çevrilib. Bu ənənəni qorumağa və yaşatmağa dəyər!”

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.