MƏDƏNİYYƏT


Polad Bülbüloğlu ad gününü Akademik Musiqili Teatrının səhnəsində qeyd edib  FOTO

Bakı, 5 fevral, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti, görkəmli bəstəkar Polad Bülbüloğlunun “Nəğməmə inan” tamaşasının premyerası olub.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, dövlət rəsmilərinin, ölkənin tanınmış teatr xadimlərinin, incəsənət adamlarının qatıldığı premyera anşlaqla keçib.

Rus bölməsində hazırlanan maraqlı tamaşadan sonra teatrın simfonik orkestrinin müşayiəti ilə Polad Bülbüloğlunun ecazkar ifaları tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb. Həm premyera, həm də ad günü münasibətilə böyük bəstəkarı təbrik edən pərəstişkarları ona və yaradıcı heyətə gül-çiçək dəstələri təqdim ediblər.

Qeyd edək ki, tamaşanın libretto və mahnı mətnlərinin müəllifi Mixail Şerbaçenko da tamaşaçılar arasında olub.

Səhnə əsərinin quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.