REGİONLAR


Poliatlon çoxnövçülük üzrə Qax rayon birinciliyinin qalibləri müəyyənləşib

Qax, 7 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qaxda çağırışaqədər və çağırış yaşlı gənclər arasında “Vətənin müdafiəsinə hazıram” devizi altında keçirilən poliatlon çoxnövçülük üzrə rayon birinciliyi Qum kənd tam orta məktəbin komandasının qələbəsi ilə başa çatıb. Qax şəhər 2 nömrəli məktəb-liseyin və Turaclı kənd tam orta məktəbin komandaları müvafiq olaraq ikinci, üçüncü yerləri tutublar.

Gənclər və İdman, Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə ənənəvi olaraq hər il keçirilən bu yarışlar gəncləri ordu sıralarına hərbi xidmətə hazırlamaq, onları Vətənə məhəbbət ruhunda tərbiyə etmək məqsədi daşıyır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhər stadionunda keçirilən birincilikdə 16 məktəb komandası iştirak edib. İştirakçılar 100 və 2000 metr məsafəyə qaçış, turnikdə dartınma və qumbaraatma yarışlarında qüvvələrini sınayıblar.

Qalib komandalar mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.