REGİONLAR


Poliatlon çoxnövçülüyü üzrə Astara rayon çempionatı keçirilib

Bakı, 9 oktyabr, AZƏRTAC

Astara şəhər 3 saylı tam orta məktəbdə çağırışçı gəncləri vətənin müdafiəsinə mənəvi və fiziki cəhətdən hazırlamaq, gənclərdə vətənə məhəbbət və vətənpərvərlik hissini artırmaq, müxtəlif növlər üzrə ən güclüləri təyin etmək və rayonun yığma komandasını təsis etmək məqsədilə “Vətənin müdafiəsinə hazıram” devizi altında poliatlon çoxnövçülüyü üzrə Astara rayon çempionatı keçirilib.

AZƏRTAC xəbər verir ki, çempionatda yeddi məktəbin komandası dörd növ (100 metr məsafəyə qaçış, 2000 metr məsafəyə kross qaçışı, turnikdə dartınma və qumbaraatma) üzrə güclərini sınayıb.

Gərgin idman mübarizəsinin yekununda Suparıbağ kənd, şəhər 3 saylı və 2 saylı tam orta məktəblərin komandaları ilk üç sırada qərarlaşıblar.

Fəxri kürsüdə yer alan komandalara Astara rayon gənclər və idman idarəsinin diplom və fəxri fərmanları təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.