REGİONLAR


Poliatlon çoxnövçülüyü üzrə zona birinciliyinin qalibləri müəyyənləşib

İsmayıllı, 12 aprel, AZƏRTAC 

İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə İsmayıllıda yaz çağırışına həsr olunan “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə ölkə çempionatının zona birinciliyi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, zona birinciliyində İsmayıllı, Şamaxı, Ağsu, Zərdab, Ucar, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakənin təmsilçiləri iştirak ediblər.

Gənclər və İdman Nazirliyinin məsul işçisi Rəşad Rəsulov komandalara uğurlar arzulayaraq vurğulayıb ki, respublikamızda bu cür yarışlar davamlı olaraq keçirilir. Bu da gənclərdə və yeniyetmələrdə vətənpərvərlik hissinin güclənməsinə, onların Vətənin müdafiəsinə mükəmməl hazırlığına imkan verir.

Sonra 100 metr məsafəyə qaçış, 2000 metr məsafəyə kross, qumbara atma və turnikdə dartınma növləri üzrə keçirilib.

Gərgin və maraqlı keçən yarışlarda Qax rayonunun komandası birinci yerə layiq görülüb. Oğuz və Qəbələ rayonlarının komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Hər üç komanda Göygöl rayonunda keçiriləcək respublika birinciliyinə vəsiqə qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.