CƏMİYYƏT
Poliatlon üzrə Bakı şəhər çempionatının qalibləri mükafatlandırılıb
Bakı, 6 noyabr, AZƏRTAC
“Vətənin müdafiəsinə hazıram” devizi altında keçirilən və payız çağırışına həsr edilən poliatlon üzrə Bakı şəhər çempionatının qalibi olan Xətai rayon 263 nömrəli tam orta məktəbin komandası Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, mükaflandırma mərasimində Baş İdarənin əməkdaşı Salman Əbdülov, 263 nömrəli tam orta məktəbin direktoru Nurqələm Bayramova, Xətai rayon gənclər və idman idarəsinin rəis müavini Zemfira Əmirbəyova çıxışlarında yeniyetmələr və gənclər arasında hərbi vətənpərvərlik hissinin yüksəldilməsində belə layihələrin önəmini qeyd ediblər.
Sonra qaliblərin mükafatlandırılması mərasimi olub.
Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallarla mükafatlandırılıblar.