ELM VƏ TƏHSİL


Polimer Materialları İnstitutunda prioritet istiqamətlər üzrə tədqiqatlar aparılır

Bakı, 15 sentyabr, AZƏRTAC

AMEA-nın Polimer Materialları İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. İclası müəssisənin baş direktoru AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov açaraq bildirib ki, ölkənin müdafiə qüdrətinin artırılması, işğaldan azad edilmiş ərazilərin bərpası, 2020-2025-ci illər üçün prioritet istiqamətlərdə nəzərdə tutulmuş elmi-tədqiqatların – konkret olaraq yeni fizioloji aktiv funksional monomerlərin, polimerlərə müxtəlif təyinatlı əlavələrin, tənzimlənən quruluşlu bioloji fəal, istiliyə və odadavamlı, elektroaktiv, şüalara qarşı həssas, bioloji dağılan və optiki şəffaf polimer materialların, smart polimer materialların, polimer-polimer kompozisiyaların və hibrid polimer nanokompozisiyaların yaradılması işlərinin yerinə yetirilməsi üçün institut alimlərinin və gənclərinin elmi potensialından bacarıqla istifadə olunmalıdır.

İnstitutun baş direktoru elmi müəssisədə vaksinasiya sahəsindəki vəziyyət barədə də məlumat verib. Qeyd edib ki, əməkdaşların əksəriyyəti vaksinasiya olunub və işçilər arasında mütəmadi maarifləndirmə işləri aparılıb.

İclasda institutun 2 sabiq doktorantına dissertasiya işinin yekun mərhələsində tamamlama işlərini aparmaq üçün Ali Attestasiya Komissiyasının Əsasnaməsinə uyğun olaraq onlara yaradıcılıq məzuniyyətinin verilməsi haqqında qərar qəbul edilib.

Daha sonra gündəlikdə duran digər məsələlər müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.