CƏMİYYƏT


Polis 24 saat xidmətdədir VİDEO

Bakı, 11 iyul, AZƏRTAC

Vətəndaşların təhlükəsizliyinin, onların rahat istirahətinin təmin edilməsi daxili işlər orqanları əməkdaşlarının daim diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, bayram günləri ilə əlaqədar vətəndaşların çimərlik zonaları istiqamətinə sıx hərəkətini nəzərə alaraq həmin ərazilərdə polis əməkdaşları tıxacların yaranmaması üçün avtomobillərin hərəkətini tənzimləyir, istirahətdə olan vətəndaşların təhlükəsizliyini yüksək səviyyədə qorumaq üçün gücləndirilmiş iş rejimində xidmət aparırlar.

Daxili İşlər Nazirliyi (DİN) bütün bunları nəzərə alaraq sürücüləri və vətəndaşları çimərliklərə gedən yollarda digər hərəkət iştirakçılarına qarşı diqqətli olmağa, polis əməkdaşlarının təhlükəsizlik məqsədilə gördüyü tədbirlərə, onların qanuni tələblərinə əməl etməyə çağırır. Bununla yanaşı vətəndaşlar qeyd edilən ərazilərdə qarşılaşdıqları hər hansı neqativ hallarla bağlı çimərliklərdə və ətraf ərazilərdə 24 saat xidmət aparan polis naryadlarına, həmçinin DİN-in “102” Zəng mərkəzinə, nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.