CƏMİYYƏT


Polis Akademiyasının yeni rəisi təhsil müəssisəsinin şəxsi heyətinə təqdim olunub

Bakı, 20 noyabr, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə polis polkovniki Canpolad Daanov Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi təyin edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, noyabrın 20-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Polis Akademiyasına gedərək C.Daanovu həmin təhsil müəssisəsinin şəxsi heyətinə təqdim edib.

Nazir əmin olduğunu bildirib ki, Akademiyada təlim-tədris prosesinin davamlı olaraq təkmilləşdirilməsi, yüksək ixtisaslı, müasir dövrün çağırış və təhdidlərinə cavab verən, informasiya texnologiyaları ilə peşəkarcasına işləməyi bacaran yeni nəsil polis əməkdaşlarının hazırlanması sahəsində tədbirlər gücləndiriləcək və daha məqsədyönlü xarakter daşıyacaq.

Polis polkovniki Canpolad Daanov ona göstərilən yüksək etimada görə ölkə və DİN-in rəhbərliyinə dərin minnətdarlığını bildirib, bu etimadı doğrultmaq üçün bilik və bacarığını əsirgəməyəcəyinə söz verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.