DÜNYA


Polis Kaliforniyada bara hücumun terror aktı olduğunu istisna etmir

Bakı, 8 noyabr, AZƏRTAC

Kaliforniya ştatının Ventura dairəsinin polisi bara hücumun terror aktı olması versiyasını istisna etmir.

AZƏRTAC xəbər verir ki, bunu yerli polisin şerifi Ceff Din CNN telekanalı ilə yayımlanan mətbuat konfransında bildirib. “Biz şübhəli şəxsin kim olduğunu hələlik bilmirik... Biz hələ bilmirik ki, bu insidentin terrorizmlə əlaqəsi var, ya yox. Bildiyiniz kimi, təhqiqat aparılır. Bu informasiya şübhəlinin kimliyi dəqiq müəyyənləşəndən sonra məlum olacaq”, - deyə şerif bildirib.

Ceff Dinin sözlərinə görə, hücumda bir tapançadan istifadə olunub, lakin bu son informasiya deyil. Hələlik bilinmir ki, şübhəli şəxs intihar edib, yoxsa onu başqası vurub. “Hazırda biz hələ bilmirik ki, kim-kimə atəş açıb”, - deyə şerif əlavə edib.

Xatırladaq ki, noyabrın 7-də axşam saatlarında ABŞ-ın Kaliforniya ştatında naməlum şəxsin bara hücumu nəticəsində azı 13 nəfər həlak olub. Hadisə zamanı barda bir neçə yüz insan olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.