DÜNYA
Polis Lionda partlayış törətməkdə şübhəli bilinən şəxsi saxlayıb
Bakı, 27 may, AZƏRTAC
Fransa polisi ötən cümə günü Lion şəhərinin mərkəzində partlayış törətməkdə şübhəli bilinən şəxsi saxlayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Kristof Kastaner məlumat verib.
“Lionda minalanmış çanta: şübhəli şəxslərdən biri saxlanılıb”, - deyə Kastaner özünün “Twitter” səhifəsində yazıb. O, həmçinin Lion polisinə və Paris prokurorluğunun terror əleyhinə bölməsinə birgə operativ fəaliyyətə görə minnətdarlığını ifadə edib.
Parlayışı törətməkdə şübhəli bilinən 24 yaşlı şəxs bu gün Lion şəhərində saxlanılıb.
Xatırladaq ki, mayın 24-də Lion şəhərində naməlum şəxsin Viktor Hüqo küçəsində yerləşən bulka dükanına qoyduğu minalanmış çantanın partladılması nəticəsində 13 nəfər yaralanmışdı. Partlayıcı qurğu məsafədən idarə olunan sistemlə təchiz edilmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]
İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb
- 24.04.2024 [13:05]
İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb
- 24.04.2024 [12:07]