REGİONLAR


Polis Qubada toyda itən 4 yaşlı uşağı taparaq ailəsinə təhvil verib

Quba, 8 avqust, Elxan Yusifli, AZƏRTAC

Qubada toy zamanı itən 4 yaşlı uşaq polislər tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, avqustun 7-də axşam saatlarında Quba Rayon Polis Şöbəsinə (RPŞ) rayondakı şadlıq saraylarının birində keçirilən toy məclisi zamanı azyaşlı uşağın itməsi barədə məlumat daxil olub.

Dərhal polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində axtarışlar başlayıb. Keçirilmiş axtarış tədbirləri nəticəsində qısa bir zamanda dörd yaşlı oğlan uşağı şadlıq sarayından 2 kilometr aralıda tapılaraq rayon polis şöbəsinə gətirilib və ailəsinə təhvil verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.