CƏMİYYƏT


Polis Şəkidə sərt karantin rejiminə nəzarət edir

Bakı, 5 iyul, AZƏRTAC

Ölkəmizdə bir neçə şəhər və rayonda tətbiq edilən sərt karantin rejiminin qüvvəyə minməsindən sonra Şəkidə də rayonun giriş-çıxışlarında polis postları qurulub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, şəhərdə hərəkətin daim intensiv olduğu küçə və prospektlərdə hazırda boşluq müşahidə edilir.

Polis əməkdaşları və Daxili Qoşunların əsgərləri tərəfindən mərkəzi küçələrlə yanaşı məhəlləarası yollara da nəzarət edilir. Sakinlərin əksəriyyəti tərəfindən karantin rejimi anlayışla qarşılansa da, bir neçə şəxs qaydaları pozduqları üçün barələrində qanunauyğun tədbirlər görülüb.

Qeyd edək ki, dünəndən etibarən polis əməkdaşları sakinlərlə maarifləndirici söhbətlər aparıb, onlara sərtləşdirilmiş karantin rejiminin tələb və qaydalarını izah ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.