CƏMİYYƏT


Polis əməkdaşı qida zəhərlənməsindən həyatını itirib

Bakı, 25 may, AZƏRTAC

Mayın 25-də saat 05 radələrində polis baş serjantı xəstəxanada vəfat edib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayev mayın 24-də axşam saatlarında qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilib.

Göstərilən tibbi müdaxilələrə baxmayaraq, o həyatını itirib.

Araşdırma aparılır.

Qeyd edək ki, S.Mustafayev Əlahiddə Çevik Polis Alayında manqa komandiri vəzifəsində xidmət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.