CƏMİYYƏT


Polis əməkdaşına zor tətbiq etməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Bakı, 9 iyun, AZƏRTAC

Aprelin 30-da Tərtər rayonunun Qaradağlı kəndi ərazisində Tərtər Rayon Polis Şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq rayon prokurorluğunda istintaq aparılıb.

Tərtər Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, istintaqla Bərdə rayon sakini Mənsim Aslanovun rayonun Qaradağlı kəndi ərazisində yerləşən komendant postundan icazəsiz olaraq keçməyə cəhd edərkən həmin postda xidməti vəzifəsini icra edən polis əməkdaşı Şəhriyar İsayevin qanuni tələblərinə tabe olmayaraq, idarə etdiyi avtomobili sonuncunun üzərinə sürüb vuraraq sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirdiyi müəyyən olunub.

Mənsim Aslanov Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.