Polis əməkdaşları Gəncədə silah-sursat aşkarlayıblar
AzerTAg.az
Bakı, 17 fevral, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin post patrul xidməti taborunun əməkdaşları inzibati ərazidə xidmət aparan zaman şəhər ərazisində məişət tullantıları üçün nəzərdə tutulan sahələrin birində silah-sursat aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, dərhal Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları həmin əraziyə dəvət olunaraq müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı oradan “F-1”, “RQD-5” əl qumbaraları, 2 ədəd UZQRM qumbara partladıcısı, müxtəlif kalibrli 96 ədəd avtomat və tapança patronu aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbərin mətnində orfoqrafik səhv var