Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Polis əməkdaşları İslamiadaya həm təhlükəsizlik sahəsində, həm də öz qələbələri ilə layiqli töhfə veriblər

Bakı, 23 may, AZƏRTAC 

Azərbaycanın ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları həm də ən böyük İslamiada kimi tarixə qovuşdu. On gün davam edən, “Gücümüz həmrəylikdədir” devizi altında keçirilən Oyunlarda atletlər idmanın 24 növü üzrə 269 dəst medal uğrunda mübarizə apardılar. Ümumilikdə yarışlarda 40 ölkənin idmançılarına 1600 medal təqdim olundu. Azərbaycanı bu Oyunlarda 425 atlet təmsil edirdi.

Ölkəmizin qonaqları və seyrçilər dövlətimizin başçısının dediyi “Azərbaycanda hökm sürən sabitlik, əmin-amanlıq, ictimai-siyasi asayiş əlbəttə ki, Azərbaycanı turistlər üçün çox cəlbedici ölkəyə çevirir. Xüsusilə indiki şəraitdə dünyanın müxtəlif yerlərində gərginlik var, təhlükələr, qarşıdurmalar, sosial narazılıq artır, kütləvi etirazlar geniş vüsət alıb. Bunların heç biri Azərbaycanda yoxdur. Azərbaycanda xalq-iqtidar birliyi var. Bizim siyasətimiz xalq tərəfindən dəstəklənir, bəyənilir. Azərbaycanda hökm sürən sabitliyin əsas amili də bundan ibarətdir” fikirlərinin əsl həqiqət olduğunu gördülər.

Aprelin 21-də Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında çıxış edən nazir Ramil Usubov Oyunlara hazırlıqla bağlı dövlətin, şəxsən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ali diqqəti və təşkilatçılığı sayəsində böyük bir fəaliyyətin ortaya qoyulduğunu xüsusi vurğulayaraq, qarşıda duran mühüm vəzifələrdən birinin asayişin və ictimai təhlükəsizliyin etibarlı qorunması olduğunu qeyd etmişdi.

Elə həmin gün keçirilən IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin yekun iclasında çıxış edən nazir bu mühüm beynəlxalq tədbirlə bağlı bütün tələb və tapşırıqların daxili işlər orqanları və Daxili Qoşunlar tərəfindən tam yerinə yetiriləcəyini, ictimai asayişin və təhlükəsizliyin yüksək səviyyədə qorunacağını bildirmişdi.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İslamiada günlərində daxili işlər orqanlarının və Daxili Qoşunların 252-si qadın olmaqla 12 min əməkdaşı və hərbi qulluqçusu xidmətə cəlb olunmuşdu. Onların hazırlığı, texniki təminatı üçün bütün zəruri tədbirlər görülmüşdü. Qarşıya qoyulan çətin və məsul vəzifələr yüksək peşəkarlıqla yerinə yetirilib.

DİN əməkdaşlarının İslamiadada iştirakı bununla məhdudlaşmayıb. Bu beynəlxalq idman yarışında layiqincə çıxış edən, onlara olan ümidləri doğruldan Azərbaycan komandasında mübarizə aparan daxili işlər orqanları əməkdaşlarının və Daxili Qoşunların təmsilçilərinin, DİN İdman Cəmiyyətinin yetirmələrinin uğurları ikiqat bayram ovqatı yaradıb.

Beynəlxalq yarışlarda yüksək nəticələr qazanan daxili işlər orqanlarının idmançıları və DİN İdman Cəmiyyətinin yetirmələri yarışlara 14 atletlə qatılmışdı. DİN Polis Akademiyasının fiziki hazırlıq kafedrasının müəllimi, polis polkovnik-leytenantı Hicran Şərifov, Daxili Qoşunların giziri Könül Sultanova, Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Telman Salayev isə dünyanın ən ədalətli və obyektiv hakimləri kimi yarışlar zamanı ayrı-ayrı görüşləri idarə edirdilər.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan ilk qızıl medalı məhz DİN Daxili Qoşunlarının giziri Ruslan Lunyovun qazandırması özlüyündə simvolik xarakter daşıyır. Bu, həm də dünyanın ən sərrast atıcısının Azərbaycan əsgəri olmasının real təsdiqidir. O, bu uğurunu sonrakı yarışlarda yenidən təkrar etdi, komandamıza, ümumilikdə, beş qızıl medal qazandırdı. Sonuncu qızıl medalını İdman Cəmiyyətinin yetirməsi Nigar Nəsirova ilə komanda yarışında əldə edib. N.Nəsirova şəxsi yarışlarda bürünc medala sahib olub.

DİN Daxili Qoşunlarının idman komandasının əsgərləri - kumite yarışlarında mübarizə aparan Ayxan Mamayev və boksçu Teymur Məmmədov qızıl medal qazandılar. DİN İdman Cəmiyyətinin yetirmələri Əli Hüseyni və Aydan Camalovadan ibarət stend atıcılığı üzrə yarışlarda, yunan-Roma üsulu ilə güləşən pəhləvanımız Kamran Məmmədov baş mükafata sahib olublar. Xəzər Rayon Mühafizə İdarəsinin polis nəfəri, polis serjantı cüdoçu Kənan Abdullaxanlı, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, polis baş serjantı milli güləşçi Tural Əliyev, İdman Cəmiyyətinin yetirməsi taekvandoçu Fəridə Əzizova isə gümüş medal əldə ediblər.

Yarışlar zamanı İslamiadanın beşqat qalibi R.Lunyovun anası, Daxili Qoşunların veteranı, istefada olan mayor, Əməkdar idman ustası İradə Aşumova yüksək mənəviyyat nümunəsi olaraq oğlunun əldə etdiyi beş qızıl medala görə ödəniləcək mükafatın bir hissəsini Talassemiya Mərkəzinə köçürüləcəyini bildirib. Bu isə həmişə nəcib missiyalarda, qanvermə aksiyalarında öndə gedən daxili işlər orqanlarında formalaşmış xeyirxahlığın, humanistliyin əyani təzahürüdür.

Qazanılan zəfərlər əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilən, ölkədə idmana və gənclərimizə dövlət qayğısının, eləcə də bu istiqamətdəki fəaliyyətin daxili işlər orqanlarında layiqincə tətbiqinin, təlim-məşq prosesinin düzgün təşkilinin və daimi ixtisaslı nəzarətin nəticəsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Bakıda Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib

“Qarabağ” Abdullah Zubirin Fransa klubuna keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Mütəxəssis: Bəzi peyvəndlər ömürlük immunitet yaradır

Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb

AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub VİDEO

İşğaldan azad edilmiş ərazilərdə tələ tipli partlayıcı qurğularla bağlı yeni görüntülər VİDEO

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada 250-dən çox vətəndaşa xidmət göstərilib

Azərbaycanda rəqəmsallaşma və nəqliyyat sahəsində aktual məsələlər AYİB-lə müzakirə edilib

İordaniyanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində maraqlıdır

Milli Aviasiya Akademiyasında Beynəlxalq Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib

Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb

Azərbaycan-Macarıstan enerji İşçi qrupunun iclası keçirilib

DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb

Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalanıb və “Legal Meetup” keçirilib

MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir

Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb

Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür

Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib

Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək

AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb

Zəngilanın Ağalı kəndində uşağa qayğı ilə bağlı valideynlər üçün tədbir təşkil olunub

Prezident Sadır Japarov: Birgə Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir

ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib

Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub

İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib

Peter Siyarto Azərbaycana səfərə yola düşüb

Prezidentin xüsusi nümayəndəsi: Əsas səylərimiz 24 kənd, 3 şəhər və 5 yaşayış məntəqəsinin qurulmasına yönəldilib

Bəzi dağlıq və dağətəyi rayonların magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb

Washington Post: ATACMS döyüş meydanında vəziyyəti Ukraynanın xeyrinə dəyişə bilər

Prezident İlham Əliyev: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq

Bu il Çində satılacaq avtomobillərin 45 faizi elektromobillərin payına düşəcək

“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq

Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub YENİLƏNİB-2 VİDEO

BDU-nun Fizika fakültəsi ilə “Azərbaycan British College” əməkdaşlıq edəcək

Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər

Prezident İlham Əliyev: Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir

Beynəlxalq elmi-praktik konfrans: “Yaşıl iqtisadiyyat - davamlı inkişafın modeli kimi”

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB-2 VİDEO

“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq

Qırğızıstan Qarabağda məktəb tikintisində iştirak edən üçüncü ölkə olacaq

Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a dəvət edib

Azərbaycan-Başqırdıstan biznes-forumunda əməkdaşlıq haqqında 2 sənəd imzalanıb

Prezident İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək

İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək

Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb