CƏMİYYƏT


Polis əməkdaşları Oğuz rayonunda tənha yaşayan yaşlı insanlara, əlillərə və aztəminatlı ailələrə yardım edib

Bakı, 7 aprel, AZƏRTAC

Xüsusi karantin rejimi müddətində Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində tənha yaşayan yaşlı insanlara, əlillərə və aztəminatlı ailələrə yardım olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, yaşı 65-dən yuxarı olan şəxslərin çölə çıxa bilməmələri nəzərə alınaraq polis əməkdaşları həmin sakinlərin evinə gedib, müxtəlif ərzaq məhsullarından ibarət bağlamaları onlara təqdim ediblər. Yaşlı insanlarla yanaşı, şöbə əməkdaşları müxtəlif xəstəliklərdən əziyyət çəkən və maddi cəhətdən imkanı zəif olan aztəminatlı ailələrə də baş çəkib. Onlara da qida məhsullarından ibarət bağlamalar verilib, kömək göstərilib. Sakinlər də onlara göstərdikləri diqqət və qayğıya görə, rayon polis şöbəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlıq ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.