CƏMİYYƏT


Polis əməkdaşları Qarabağ müharibəsi veteranına kömək göstəriblər

Bakı, 19 fevral, AZƏRTAC

Polis əməkdaşları Qarabağ müharibəsi veteranına kömək göstəriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Zaqatala rayonunun Muxax kənd sakini, Birinci Qarabağ müharibəsi veteranı Rafiq Abdullayevin onkoloji xəstəlikdən əziyyət çəkən ailə üzvünün müalicəsini davam etdirə bilməsi üçün maddi dəstəyə ehtiyacının olması barədə polis şöbəsinə müraciət edilib.

Polis əməkdaşları müraciətə dərhal reaksiya verərək Rafiq Abdullayevlə əlaqə saxlayıb və onu yaşadığı evdə ziyarət ediblər. Ailənin qayğıları ilə maraqlanan asayiş keşikçiləri xəstənin müalicəsini davam etdirə bilməsi üçün onlara lazımi kömək göstəriblər. R.Abdullayev göstərilən diqqət və qayğıya görə polis əməkdaşlarına minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.