CƏMİYYƏT


Polis əməkdaşları Qaradağ rayonunda quldurluq edən şəxsi yaxalayıblar

Bakı, 27 iyul, AZƏRTAC

İyulun 15-də “Qobu Park” yaşayış kompleksinin sakini A.Muradovanın 1900 manat məbləğində pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Lökbatan qəsəbə sakini H.Abdullayev olduğu müəyyənləşdirilib. Həmin şəxs saxlanılaraq məsuliyyətə cəlb olunub.

Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.