REGİONLAR


Polis əməkdaşları Sumqayıtda şəhid ailələri və qazilərlə görüşüblər

Bakı, 13 may, AZƏRTAC

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları Ramazan bayramı ilə əlaqədar şəhər ərazisində yaşayan şəhid ailələri və qazilərlə görüşüblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin ailələrin hər birini ziyarət edən polis əməkdaşları onlarla həmsöhbət olub, bayram münasibəti ilə təbrik edib, qayğıları ilə maraqlanıblar.

Görüşlərdə şəhidlərimizin şücaəti və mərdliyi xatırlanıb, qəhrəman övladlarımızın xatirəsinin xalqımız tərəfindən daima əziz tutulduğu qeyd olunub. Ölkə rəhbərliyi tərəfindən həyata keçirilən siyasətin əsas istiqamətlərindən birinin şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür qayğı ilə əhatə olunmasının təşkil etdiyi diqqətə çatdırılıb.

Ümumilikdə şəhər ərazisində 50-dən artıq ailə ziyarət olunub və gətirilən bayram sovqatları onlara təqdim edilib. Onlar da göstərilən diqqət və qayğıya görə polis əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.