CƏMİYYƏT


Polis əməkdaşları baş verən yanğının qarşısının alınmasında fəal iştirak ediblər

Bakı, 20 avqust, AZƏRTAC 

Avqustun 19-da səhər saatlarında Şabran rayonunda dağlıq ərazidən başlayan yanğın Quba rayonunun Zərqova inzibati ərazi dairəsində yerləşən dağlıq və meşəlik ərazilərinə qədər genişlənib.

AZƏRTAC xəbər verir ki, Quba Rayon İcra Hakimiyyətinin, rayon polis şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və yerli sakinlər hadisə yerinə cəlb olunublar. Quba Rayon Polis Şöbəsinin əməkdaşları baş verən yanğının qarşısının alınmasında fəal iştirak ediblər.

Zərqova inzibati ərazi dairəsi ərazisindəki yanğının bir hissəsi qısa müddətdə söndürülüb. Alovun qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Yanğının baş vermə səbəbləri araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.