CƏMİYYƏT


Polis əməkdaşları bayram münasibətilə Mingəçevirdə aztəminatlı ailələri ziyarət ediblər

Bakı, 24 may, AZƏRTAC

Ramazan bayramı münasibətilə Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yaşayan aztəminatlı ailələrə bayram sovqatları paylanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları 30 ailəni ziyarət edib, onları bayram münasibətilə təbrik edərək müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatını onlara təqdim ediblər.

Sakinlər də göstərilən bu diqqət və qayğıya görə, asayiş keşikçilərinə öz minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.