REGİONLAR
Polis əməkdaşları bu il ilk dəfə məktəbə gedəcək balacalara hədiyyələr veriblər
Cəlilabad, 14 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları yeni dərs ilinin başlanması ilə əlaqədar övladları bu il məktəbə gedəcək şəhid və aztəminatlı ailələrə baş çəkiblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları birinci sinfə gedəcək uşaqlara məktəbli geyimi, çanta və gündəlik dərs ləvazimatları hədiyyə ediblər.
Polis işçilərinin bu nəcib hərəkəti hədiyyə alan uşaqlarla bərabər, onların valideynlərini də sevindirib.
Valideynlər onlara göstərilən diqqət və qayğıdan məmnunluqlarını ifadə edərək, polis işçilərinə minnətdarlıqlarını bildiriblər.