CƏMİYYƏT


Polis əməkdaşları tərəfindən saxlanılan şəxslərdən narkotik vasitələr aşkarlanaraq götürülüb

Bakı, 23 yanvar, AZƏRTAC

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxslərdən narkotik vasitələr aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əldə edilmiş məlumatlar əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mehdi Qasımovdan heroin götürülüb.

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini Mübariz Abbasovdan heroin və elektron tərəzi, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Köhünlü kənd sakini Ənvər Mikayılovdan marixuana aşkarlanaraq götürülüb.

Balakən RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tülü kənd sakini, əvvəllər məhkum olunmuş Mehman Umudov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanıb. Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən həmkəndlisi, əvvəllər məhkum olunmuş Ramazan Bayramov da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Onun həyətyanı sahəsində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində isə heroin aşkar edilərək götürülüb.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Novxanı qəsəbə sakinləri Ülvi Əliyev, Mehman Mərdanov, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Xalid Şəmsiyev və Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Pənah Cəbiyev saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan heroin aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.