REGİONLAR
Polis əməkdaşlarının birinci sinifə gedən övladları valideynlərinin iş yerində qonaq olublar
Xaçmaz, 16 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Rayon Polis Şöbəsində polis əməkdaşlarının birinci sinifə gedən övladları ilə görüş keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis şöbəsinin rəisi Həmid Həsənov balacaları qarşılayaraq onlara valideynlərinin çalışdığı şərəfli polis peşəsi haqqında danışıb, uşaqları maraqlandıran suallara cavab verib.
Şöbənin balaca qonaqları valideynlərinin iş otaqları ilə tanış olublar.
Konfrans zalı, dərs otağı və xidməti otaqları gəzdikdən sonra yeni dərs ilinin başlanması münasibətilə birincilərə RPŞ-nin rəhbərliyi tərəfindən hədiyyələr təqdim olunub, onlara dərslərində uğurlar arzulanıb.
Birincilər şöbənin əməkdaşları ilə xatirə şəkilləri çəkdiriblər.