CƏMİYYƏT


Polis əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması diqqət mərkəzindədir

Bakı, 26 noyabr, AZƏRTAC 

Paytaxtın iri sənaye müəssisələrinin, ən müxtəlif təyinatlı çoxsaylı iaşə obyektlərinin, dövlət və özəl qurumların yerləşdiyi inzibati ərazi vahidlərindən biri də Nizami rayonudur.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nizami Rayon Mühafizə İdarəsi gündəlik xidmətini müasir dövrün tələblərinə uyğun qurmaqla, fəaliyyət dairəsini daha da genişləndirir. Aparılan zəruri təbliğat və izahat işləri nəticəsində mühafizəyə qəbul olunan obyektlərin sayı artır. Bu isə şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması zərurətə çevirir.

Nizami Rayon Mühafizə İdarəsinin ümumi sahəsi 600 kvadratmetr olan inzibati binası sonuncu dəfə 2005-ci ildə təmir olunsa da, xidmətin müasir tələblər şəraitində qurulması üçün hazırda burada əsaslı təmir və yenidənqurma işləri aparılır. Üçmərtəbəli binanın bütün otaqları yenidən zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilib, növbətçi hissə, yeməkxana və digər yardımçı sahələr artıq istifadəyə verilib. Binada havalandırma, mərkəzi istilik sistemi, rabitə-kommunikasiya və elektrik xətləri də yenilənib.

Hazırda binanın fasadında da təmir, yenidənqurma işləri yüksək zövqlə, müasir dizayna uyğun olaraq davam etdirilir. Bundan sonra ərazidə abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.