DÜNYA


Polis futbolçu Emiliano Salanın cəsədinin aşkarlandığını təsdiqləyib

Bakı, 8 fevral, AZƏRTAC

Dorset qraflığının polis idarəsi La-Manş rayonunda aşkarlanan təyyarənin qalıqları arasında argentinalı futbolçu Emiliano Salanın cəsədinin olduğunu təsdiqləyib.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, cəsəd artıq Britaniyanın Portlend limanına göndərilib. Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, futbolçu Sala və pilot Devid İbbotsonun ailələri bu barədə məlumatlandırılıb.

Bir qədər əvvəl axtarış komandası La-Manş rayonunda Hernsi adası yaxınlığında argentinalı futbolçunun uçduğu təyyarənin qalıqlarının aşkar edildiyi barədə məlumat yaymışdı.

Xatırladaq ki, göyərtəsində argentinalı futbolçu Emiliano Salanın olduğu yüngül mühərrikli “Piper Malibu” tipli təyyarə yanvarın 21-də Fransadan Böyük Britaniyaya uçarkən La-Manş rayonunda yoxa çıxmışdı.

Yanvar ayının ortalarında 28 yaşlı argentinalı Fransanın “Nant” klubundan Uelsin “Kardiff-Siti” klubuna transfer olmaq üçün müqavilə imzalamışdı. Sövdələşmənin qiyməti 15 milyon funt sterlinq dəyərində idi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.